“Bank VTB (Azərbaycan)” “Blizko” pul köçürmələri sisteminə qoşulub

“Bank VTB (Azərbaycan)” “Blizko” pul köçürmələri sisteminə qoşulub
# 03 sentyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” “Blizko” pul köçürmələri sisteminə qoşulması prosesini başa çatdırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Blizko” sistemi MDB və yaxın xarici ölkələrdə fəaliyyət göstərən 75 mindən çox məntəqədə pul köçürmək və qəbul etmək imkanı verir. Pul köçürmələr dollar, avro və rus rublu ilə həyata keçirilir.

“İstiqamətdən asılı olmayaraq köçürmənin sürəti 1 dəqiqə vaxt alır. Xidmət üzrə komissiya yalnız vəsaiti göndərən şəxsdən tutulur. Komissiya orta hesabla köçürülən vəsaitin 0,5-0,8%-i təşkil edir”, -deyə məlumatda vurğulanıb.

“Blizko” təcili pul köçürmə xidmətlərindən bank VTB (Azərbaycan)-ın bütün filiallarında, o cümlədən Xırdalan, Sumqayıt və Gəncə şəhərlərindəki ofislərində istifadə etmək olar.

“Biz hər zaman müştərilərimizə keyfiyyətli xidmət göstərməyə çalışırıq. Məhz buna görə bank VTB (Azərbaycan) pul köçürmələri xidmətlərini genişləndirir. “Blizko” sistemi bankın müştərilərinə tez, etibarlı, asan və sərfəli qiymətə pul köçürmə üzrə əməliyyatlar aparmağa imkan verəcək ”- deyə, “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR