"Bank VTB (Azərbaycan)" "Mikrokredit" məhsulu üzrə şərtləri dəyişib

"Bank VTB (Azərbaycan)" "Mikrokredit" məhsulu üzrə şərtləri dəyişib
# 09 iyul 2015 07:09 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank VTB (Azərbaycan)" "Mikrokredit" məhsulu üzrə şərtləri yeniləyib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kredit üzrə maksimal məbləğ 20 min manatdan 25 min manatadək (və ya dollar, avro və rus rublu ekvivalenti) artırılıb. Kreditin müddəti 3 il təşkil edir.

Bank həmçinin müştəri kateqoriyasına görə maksimal məbləğ üzrə qradasiya tətbiq edib. Beləliklə, müştərilər 3 kateqoriyaya bölünür: 24 aydan və 12 aydan çox müsbət kredit tarixçəsinə sahib olan müştərilər, bankın yeni müştəriləri.

Kreditin faiz dərəcəsi məbləğdən asılı olaraq dəyişir. Məbləğ 10 min manatdan (dollar və avro ekvivalenti) çox olduğu halda faiz dərəcəsi 23%-dən başlayır. Kreditin məbləği bu göstəricidən yüksək olarsa, bank 20%-dən başlayaraq kredit təklif edir. 10 min manatadək rubl ekvivalentində olan məbləğ üçün faiz dərəcəsi 30%, 10 min manatdan yüksək olduqda isə 27% təşkil edir.

Yeni şərtlərə əsasən, indi daşınmaz əmlak, nəqliyyat vasitələri, dövriyyədə olan əmtəə, təchizat, digər banklardan zəmanətlər və depozitlə yanaşı girov qismində müştərinin ev əmlakı da çıxış edə bilər. Kreditin verilməsi 1-2 gün təşkil edir.

"Bank VTB (Azərbaycan)" kiçik biznesin inkişafını dəstəkləyir. Bu məqsədlə biz məhsullarımızın şərtlərini yaxşılaşdırırıq, onları müştəri üçün daha da əlverişli etməyə çalışırıq. Bu məhsul fərdi sahibkarlar, hüquqi şəxslər, eləcə də biznesi olan fiziki şəxslər üçün nəzərdə tutulub. Əldə edilmiş kredit əsas vəsaitlərin alınmasına, cari kreditlərin yenidən maliyyələşməsinə, investisiya məqsədlərinə, eləcə də istehlak xərclərinə ayrıla bilər", – deyə bankın Kiçik və orta biznes idarəsinin direktoru Bəhruz Camalov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR