Göyçayda iki avtomobil toqquşub, xəsarət alan var

Göyçayda iki avtomobil toqquşub, xəsarət alan var
# 13 iyul 2015 09:29 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay şəhərində avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "Volksvagen Tuareg" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı zərbənin təsirindən "VAZ 2107" markalı avtomobilin arxa qapısı açılıb və sərnişin, Laçın rayon sakini olan, Göyçayda məskunlaşan 1990-cı il təvəllüdlü Allahverdiyeva Günel Tofiq qızı avtomobildən çıxaraq yolun ortasına düşüb. Hamilə olan qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR