Gürcüstanda yeni baş prokuror seçilib

Gürcüstanda yeni baş prokuror seçilib
# 19 noyabr 2015 19:53 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Prokurorluq Şurası ölkənin yeni baş prokurorunu seçib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş prokuror vəzifəsinə İrakli Şotadze seçilib. Seçkidə 14 Şura üzvü iştirak edib. İrakli Şotadzeyə Prokuror Şurasının 13 üzvü səs verib. O, hazırda baş prokurorun müavini vəzifəsində çalışır. Onun namizədliyi parlamentdə təsdiqlənəndən sonra baş prokuror vəzifəsinin icrasına başyayacaq.

Gürcüstanda baş prokuror 6 il müddətinə seçilir.

Qeyd edək ki, baş prokuror vəzifəsinə daha iki namizəd - Vladimir Qabriçidze və Nana Revazişvili iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR