Paşha Bank
Bank Of Baku

Rumıniya Prezidenti Qara dənizdə batan gəmiyə görə Rusiyanı ittiham edib

Rumıniya prezidenti-Nikuşor Dan

© APA | Rumıniya prezidenti-Nikuşor Dan

# 23 oktyabr 2026 15:19 (UTC +04:00)

Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.

Bu barədə “TVR Info” xəbər yayıb.

“Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir”, - Rumıniya Prezidenti bildirib.

Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xoriv" (Khoryv) adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə gəminin vurulduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR