Paşha Bank
Bank Of Baku

Rumıniya qırıcıları Qara dəniz üzərində iki Rusiya dronunu vurub

Rumıniya qırıcıları Qara dəniz üzərində iki Rusiya dronunu vurub
# 18 oktyabr 2026 03:48 (UTC +04:00)

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin ərazi suları üzərində iki pilotsuz uçuş aparatını vurub.

“Euronews”un məlumatına görə, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik vurulan PUA-ların Rusiyanın “Geran” ailəsinə aid reaktiv zərbə dronları olduğunu bildirib.

Rumıniyanın müdafiə naziri Radu Mirutsenin sözlərinə görə, ilk dron yerli vaxtla saat 17:59-da ölkənin hava məkanına daxil olub və iki dəqiqə ərzində Sulina şəhərindən 25 kilometr cənub-şərqdə vurulub.

İkinci PUA isə saat 18:05-də Sulinadan 20 kilometr şərqdə məhv edilib.

Nazirlik bildirib ki, əməliyyatda Feteşti şəhəri yaxınlığındakı 86-cı Borça aviabazasından havaya qaldırılan iki F-16 qırıcısı iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR