Şəkidə ağacdan yıxılan gənc ağır xəsarət alıb

Şəkidə ağacdan yıxılan gənc ağır xəsarət alıb
# 05 oktyabr 2015 10:17 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə ağacdan yıxılan 25 yaşlı sakin ağır xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1990-cı il təvəllüdlü Bəylər Xanlar oğlu Yunusov travmatik şok vəziyyətində xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 25 yaşlı Bəylər Yunusov yaşadığı kəndin yaxınlığında meşə ərazisindəki ceviz ağacından yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Bəylər Yunusovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR