Elmar Məmmədyarov: “Azərbaycan ikili standartlarla üzləşir”

Elmar Məmmədyarov: “Azərbaycan ikili standartlarla üzləşir”
# 28 aprel 2015 11:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belçikalı həmkarı Didye Reydnderslə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, insan hüquqları məsələsi tənqid olunanda qonşu ölkə olan Ermənistana bu diqqət göstərilmir: "Mühacir məsələsinə dərhal yer verilir, lakin Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün olduğuna diqqət edilmir. İlk növbədə, Ermənistanın işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş insanların vəziyyətinə diqqət yetirmək lazımdır. Həbs olunan insanlar vergi tələblərinə əməl etmədiklərinə görə cəzaya məruz qalıblar. Hər bir hadisəyə qanunun aliliyi çərçivəsində yanaşılsa, bunlar baş verməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR