Şəmkirdə ər arvadını bıçaqlayıb

Şəmkirdə ər arvadını bıçaqlayıb
# 10 fevral 2015 09:03 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 10-da səhər saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Samirə Abbasova ailə münaqişəsi zəmində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Qadın qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Üzərində cərrahiyyə əməliyyatı aparılan S. Abbasovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR