“Muğanbank" nizamnamə kapitalını artırır

“Muğanbank" nizamnamə kapitalını artırır
# 17 avqust 2015 11:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Muğanbank" ASC-nin adi adlı səhmləri dövlət qeydiyyatına alınıb.

Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən məlumat verilib.

Məlumata əsasən, bu ilin avqustun 14-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Muğanbank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 200 manat olan 25 000 ədəd adi adlı səhmlərinin buraxılışı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Yerləşdirmə baş tutsa, bankın nizamnamə kapitalı 50 mln. manatdan 55 mln. manata qədər artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR