Müsavat Divanı bir qrup partiya üzvünün fəaliyyətini bölücülük kimi qiymətləndirib

Müsavat Divanı bir qrup partiya üzvünün fəaliyyətini bölücülük kimi qiymətləndirib
# 12 yanvar 2015 14:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

İclasda Tovuz rayon təşkilatının yenidən qurulması ilə bağlı Divan üzvlərinin rayonda partiya üzvləri ilə keçirilən görüşü müzakirə olunub. Məsul şəxslərə Tovuz və Zəngilan rayon təşkilatlarının yenidən qurulması istiqamətində işlərin davam etdirilməsi tapşırılıb.

Nəsimi rayon təşkilatında hesabat-seçki yığıncağının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması haqda məlumat verilib. Təşkilati məsələlər bölümündə xaricdə yaşayan bir nəfər şəxs Müsavat Partiyasının sıralarına qəbul edilib.

Divanda bir qrup partiya üzvünün, partiyadan xaric edilən və istefa verən şəxslərin bölücülük fəaliyyəti müzakirə olunub. Sonda cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR