Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 01 aprel 2015 06:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, motodrom ərazisinə gedən diametri 720 mm-lik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zəruriyyəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi, saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR