Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 17 mart 2015 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Eldar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 31-ə təyin olunub.

Qeyd edək ki, ötən il mayın 26-da Novxanıda Eldar Hüseynov münaqişə zəminində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib. Daha sonra o, meyiti basdırıb.


Bir müddət sonra qətlin üstü açılıb və E. Hüseynov həbs edilib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR