Bank Of Baku

Rutte: NATO ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı vahid mövqeyə malik deyil

NATO-nun Baş katibi Mark Rutte

© APA | NATO-nun Baş katibi Mark Rutte

# 23 noyabr 2026 17:53 (UTC +04:00)

Ukraynanın NATO-ya üzvlüyü perspektivi qalır, lakin alyans üzvləri arasında bu məsələdə hələlik yekdil razılıq yoxdur.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bu gün Berlində NATO Parlament Assambleyasının illik sessiyasında çıxışı zamanı bildirib.

“Kimlərin NATO üzvü ola biləcəyinə yalnız NATO özü qərar verir. Bu məsələdə alyans daxilində tam aydınlıq var”, – Baş katib vurğulayıb.

O, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin Rusiya ilə aparıla biləcək danışıqların mövzusuna çevrilməsi ehtimalını da istisna etməyib.

“Belə danışıqlar barədə fərziyyələr irəli sürmək üçün əvvəlcə həmin danışıqların başlaması lazımdır”, – Rutte əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ölkəsinin NATO-ya tamhüquqlu üzvlüyünün təhlükəsizlik təminatları baxımından Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər mexanizmlərdən daha effektiv olacağını bildirib. Zelenski belə təminatların təqdim ediləcəyi təqdirdə, Rusiyanın yenidən hücumu zamanı konkret hansı ölkələrin Ukraynanı müdafiə edəcəyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR