Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin sıra baxışı keçirilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin sıra baxışı keçirilib
# 03 may 2015 09:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar hazırlanan xüsusi tədbirlər planına uyğun olaraq, bu gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin sıra baxışı keçirilib və hazırlığı yoxlanılıb.

APA-nın məlumatına görə, sıra baxışı yol polisləri arasında xidmət intizamını möhkəmləndirmək məqsədilə təşkil olunub.

Şəxsi heyətin hazırlığını Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov yoxlayıb.

Qeyd edək ki, yol polisində sıra baxışı ildə iki dəfə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR