Ağdaşda iki ailənin yaşadığı 5 otaqlı ev yanıb

Ağdaşda iki ailənin yaşadığı 5 otaqlı ev yanıb
# 10 avqust 2015 15:38 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini İsayev Dönməz Neyman oğlu və İsayeva Rövşanə Mustafa qızına məxsus ümumi sahəsi 221 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı mənzilin 185 kvadratmetrlik hissəsi içəridəki məişət əşyaları ilə birgə yanaraq, yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR