Qax rayonunda yanğın hadisəsi baş verib - VİDEO

Qax rayonunda yanğın hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 07:07 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Almalı kəndində, 43 yaşlı Ənvər Abdullayevə məxsus fərdi yaşayış evinə bitişik tikilmiş, ümumi sahəsi 168 kvadratmetr olan tikilidə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində altıaçığın 72 kv/m sahəsinin yanar konstruksiyaları və həmin hissədəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğın zamanı alovun təsirindən tikiliyə bitişik yaşayış evinin eyvanının lambir hissəsində ərimə baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR