Ukrayna XİN-in azərbaycanlı diplomatı ABŞ ilə münasibətlərin inkişafı üzrə missiyaya cəlb olunub - FOTO

Ukrayna XİN-in azərbaycanlı diplomatı ABŞ ilə münasibətlərin inkişafı üzrə missiyaya cəlb olunub - <span style="color: red;">FOTO
# 29 iyul 2014 03:27 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən P.Məmmədov qeyd edib ki, bununla bağlı Kiyevdə ABŞ –dan olan diplomatlar, ekspertlər, eyni zamanda senatorlardan ibarət "ABŞ – İran Şurası"nın rəhbəri, İran prezidentliyinə keçmiş namizəd Hooşang Əmirahmədi ilə keçirilən görüşdə qərar verilib.

Azərbaycanlı diplomat Şuranın beynəlxalq aləmdə, o cümlədən yuxarıda qeyd olunan ölkələrin ABŞ-da lobbiçilik fəaliyyətinin inkişaf etdirilməsi, o cümlədən ABŞ hakimiyyət orqanları ilə sıx əlaqələrin qurulması üzrə ekspert rolunu oynayacaq. P. Məmmədov onu da qeyd edib ki, verilən qərara əsasən regionda aparıcı movqe tutan Azərbaycana da bu missiyada önəm verilir.

Məqsəd regionda baş verə biləcək hər hansı gərginliyin, siyasi toqquşmaların qarşısının alınması, ölkələr arası münasibətlərin inkişafına töhfə verməkdir. "ABŞ – İran Şurası" iki ölkə arasında münasibətlərin son zamanlarda nizama salınmasında aktiv rolu ilə fərqlənib və buna görə Tehranda nümayəndləyinin açılmasına da razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR