Allahşükür Paşazadə Roma Papası Fransiskə məktub göndərib

Allahşükür Paşazadə Roma Papası Fransiskə məktub göndərib
# 03 aprel 2015 13:17 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A. Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.

Nunsi Marek Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR