Təhsil Nazirliyi: Bakıda bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçib

Təhsil Nazirliyi: Bakıda bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçib
# 04 noyabr 2015 15:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinin ilkin təhlili aparılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətləndirmədə iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib.

Qeyd olunub ki, ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib: “Təqdirəlayiq haldır ki, qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR