YAP-ın MSK-da məşvərətçi səs hüquqlu üzvü, 3 partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

YAP-ın MSK-da məşvərətçi səs hüquqlu üzvü, 3 partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb
# 31 oktyabr 2014 13:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda MSK-nın 27 oktyabr 2014-cü il tarixli iclas protokolu təsdiq edilib.


Sonra Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiqlənib. Millət vəkili Aydın Mirzəzadə YAP-ın MSK-dakı məşvərətçi səs hüquqlu üzvü millət vəkili olub.

Daha sonra Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.


MSK bəzi dairə seçki komissiyalarının da tərkibinə dəyişikliklər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR