“Günay Sığorta” ötən ili mənfəətlə başa vurub

“Günay Sığorta” ötən ili mənfəətlə başa vurub
# 09 aprel 2015 14:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Günay Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Günay Sığorta”nın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 68,68% artaraq 8 mln. 232 min 424,68 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 28,15% azalaraq 480 min 619,08 manata enib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 28,57% artaraq 5 mln. 400,542 min manat, məcmu kapitalı isə 84,05% artaraq 7 mln. 751 min 805,6 manat təşkil edib.

2014-cü ildə “Günay Sığorta”nın cəmi gəlirləri 439 min 675,25 manat, cəmi xərcləri 399 min 571,75 manat olub. Şirkət ötən ili 40 min 103,5 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR