İspaniya superkubokunun qalibi müəyyənləşib

İspaniya superkubokunun qalibi müəyyənləşib
# 18 avqust 2015 00:06 (UTC +04:00)

APA-nın məlumatına görə, səfərdə “Barselona” ilə 1:1 oynayan Bilbaonun "Atletik" klubu İspaniya superkubukonu qazanıb.

Bilbaoda keçirilən ilk matç gözlənilməz hesabla başa çatmışdı. Belə ki, Avropa Liqasının III təsnifat mərhələsində Bakının “İnter” klubunu mübarizədən kənarlaşdıran “Atletik” “Barselona”nı 4:0 hesabı ilə darmadağın etmişdi.

Cavab oyununda, 43-cü dəqiqədə Lionel Messi hesabı açsa da, ilk oyunun qəhrəmanı, “Barselona”nın qapısından üç qol keçirən Arits Aduris 74-cü dəqiqədə hesabı bərabərləşdirib.

Beləliklə “Atletik” tarixində ikinci dəfə İspaniya superkubokuna sahib çıxıb.

17 avqust

"Barselona" - "Atletik" - 1:1

Qollar: Messi, 43 (1:0), Aduriz, 74 (1:1)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR