Ramiz Həsənov: “Heç bir müəssisəyə getmədən istehsal olunan məhsul laboratoriyada yoxlanılır”

Ramiz Həsənov: “Heç bir müəssisəyə getmədən istehsal olunan məhsul laboratoriyada yoxlanılır”
# 18 noyabr 2015 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Prezidentinin sərəncamından sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkarların fəaliyyətinin planlı yoxlanılmasını tam olaraq dayandırıb.

APA-Economics”“in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədri Ramiz Həsənov “Caspian European Club”un bu gün təçkil etdiyi görüşdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda müəyyən mexanizm mövcuddur və bu mexanizm üzərində işləmək lazımdır: “Bu sənəd hazır olanda hökumətə təqdim ediləcək. Təbii ki, hər bir sivil ölkədə bu yoxlamalar var, bizdə də olmalıdır. Təəssüflər olsun ki, bizdə nəzarət başqa formada həyata keçirilirdi. Buna görə də biz bunu işləməliyik və bir çox sivil ölkələrdə olduğu kimi nəzarət sistemini həyata keçirməliyik”.

R. Həsənov deyib ki, bununla belə yoxlamaları həyata keçirən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma Xidməti bazarda monitorinqlər aparır: “Artıq bununla bağlı xidmətə tapşırıq verilib. Heç bir müəssisəyə getmədən onun istehsal etdiyi məhsulu alırıq və laboratoriyada onun analizlərini aparırıq, problemlər olanda müəssisəyə müəyyən tələbnamələr göndərilir”.

O qeyd edib ki, yoxlamaların dayandırılmasına baxmayaraq xidmətin əməkdaşları arasında heç bir ixtisar olmayacaq: “Biz bazarın vəziyyətini öyrənirik. Məhsulun istehsalında müəyyən problem yaranırsa, bu idxal məhsuludursa, Dövlət Gömrük Komitəsinə keyfiyyətsiz məhsulun idxalının dayandırılması ilə bağlı məktub göndəririk. Əgər bizim yerli istehsalı olan məhsuldursa, müəssisənin özünə məktub göndəririk ki, bir ay ərzində problemləri aradan qaldırsın. Müəssisə bu problemi aradan qaldırmasa, onu cərimə sanksiyaları gözləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR