Gülağa Aslanlı: “Əli Kərimli namizədliyini irəli sürməyəcəksə, İsa Qəmbər vahid namizəd olacaq”

Gülağa Aslanlı: “Əli Kərimli namizədliyini irəli sürməyəcəksə, İsa Qəmbər vahid namizəd olacaq”
# 28 mart 2013 10:17 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

G.Aslanlı bildirib ki, İctimai Palataya (İP) daxil olan partiyaların prezidentliyə namizədləri müəyyənləşdikdən sonra bu namizədlər arasından vahid namizəd seçiləcək: “Əli Kərimli namizədliyini irəli sürməyəcəksə, artıq İsa Qəmbər vahid namizəd olacaq. Lakin Əli Kərimli namizədliyini irəli sürərsə, onda vahid namizəd məsələsi müzakirə oluna bilər. Namizədlərin sayı müəyyənləşdikdən sonra vahid namizəd bu namizədlər arasından seçiləcək”.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov da APA-ya deyib ki, İP-in vahid namizədi hələ müzakirə mövzusu deyil və seçkilərə az müddət qalmış bu mövzu öz həllini tapacaq: “İctimai Palatanın hər hansı sıravi üzvü də namizədliyini irəli sürə bilər. Burada qeyri-adi bir şey yoxdur. İctimai Palatanın 5-6 namizədi ola bilər. Vahid namizəd məsələsi yekunda, yəni seçkilərə az müddət qalanda müəyyən olunacaq. Hələlik hamı müəyyən istiqamətdə fəaliyyət göstərir. Hesab edirəm ki, son nəticədə biz vahid namizəd məsələsini həll edə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR