Zaqatalada 14 yaşlı qız dərmandan zəhərlənib

Zaqatalada 14 yaşlı qız dərmandan zəhərlənib
# 02 mart 2015 06:30 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 14 yaşlı qız dərmandan zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Muxax kənd sakini, 2001-ci il təvəllüdlü Zahidə Nəcməddin qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 14 yaşlı Zahidə Məmmədova bilməyərək yüksək dozada dərman qəbul edib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Zahidə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR