Bakı-Şamaxı yolunda iki maşın toqquşub, bir nəfər ölüb

Bakı-Şamaxı yolunda iki maşın toqquşub, bir nəfər ölüb
# 19 yanvar 2015 06:45 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Niva"nın sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR