Rusiya İstintaq Komitəsi: German Sterliqova qarşı heç bir cinayət işi açılmayıb

Rusiya İstintaq Komitəsi: German Sterliqova qarşı heç bir cinayət işi açılmayıb
# 19 avqust 2015 08:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu yaxınlarda Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər etmiş rusiyalı sahibkar German Sterliqova qarşı ölkəsində cinayət işi açılmayıb.


APA-nın “panarmenian.net”ə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi açıqlama verib. Daha əvvəl komitəyə yaxın olan mənbələr G. Sterliqova qarşı bir neçə cinayət işi açıldığını bildirmişdilər.


Qeyd edək ki, rusiyalı sahibkar G. Sterliqov Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdiyi üçün Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR