Bakıda 2013-cü ilin ən böyük təhsil sərgisi keçiriləcək

Bakıda 2013-cü ilin ən böyük təhsil sərgisi keçiriləcək
# 12 aprel 2013 10:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 30-da Bakıda 2013-cü ilin ən böyük təhsil sərgisi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutacaq “Təhsil, texnologiya və inkişaf” adlı təhsil sərgisi Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunacaq sərgidə Bakı şəhərinin bütün təhsil müəssisələrinin əldə etdiyi uğurlar nümayiş olunacaq: “Bundan əlavə, sərgidə təhsil idarəsinin tabeçiliyində olan təhsil müəssisələrinin istedadlı uşaqlarının əl işlərinin sərgisi, eyni zamanda ifaçılıq, rəqsdə xüsusi qabiliyyəti olan uşaqların ifaları nəzərdə tutulur. Sərgi 3 hissədən - rəsmi, bədii və sərgiyə baxışdan ibarət olacaq. Bu tədbiri həm də Bakı şəhəri üzrə Təhsil İdarəsinin 7 illik fəaliyyəti dövründəki hesabatı kimi də qiymətləndirmək olar”.

Təhsil sərgisi aprelin 30-da saat 10:00-dan 18:00-dək davam edəcək. Sərgiyə giriş sərbəst və pulsuzdur. Bu cür sərgi artıq BŞTİ tərəfindən təşkil olunan üçüncü tədbirdir. Belə ki, 2010-cu ildə “Təhsil, zaman və biz”, 2011-ci ildə isə “Təhsildə İKT-nin tətbiqi” adlı sərgi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR