Azərbaycanda illik inflyasiya 1,2%-ə çatıb

Azərbaycanda illik inflyasiya 1,2%-ə çatıb
# 15 aprel 2013 10:12 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, xidmət tarifləri isə 3,4% bahalaşıb.

Qeyd edək ki, 2012-ci ilin yanvar-mart aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 3,1% təşkil edib. Bu il üçün isə ölkədə inflyasiyanın 5,7% olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR