Qətldə təqsirləndirilən dostların şikayəti əsasında məhkəmə başlayıb

Qətldə təqsirləndirilən dostların şikayəti əsasında məhkəmə başlayıb
# 23 sentyabr 2015 09:47 (UTC +04:00)

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 29-na təyin edilib.

 

Qeyd edək ki, ötən il mayın 4-də Zahid Məmmədovla dostu Pərvin Əhmədov Sumqayıtda çay evində olarkən, Pərvin birgə hərbi xidmətdə olduğu Bəhram Məmmədovun barəsində şəxsiyyətini alçaldan ifadələr işlədib. 


Bundan xəbər tutan Bəhram həmin çayxanaya gəlib. Bu zaman onların arasında mübahisə düşüb və onlar Bəhram Məmmədovu bıçaqlayaraq qətlə yetiriblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR