Heydər Əliyevin anım günü münasibəti ilə Kaunasda bir sıra tədbirlər keçirilib - FOTO

Heydər Əliyevin anım günü münasibəti ilə Kaunasda bir sıra tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 12 dekabr 2014 10:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Heydər Əliyevin anım günü münasibəti ilə Kaunas şəhərində bir sıra tədbirlər keçirilib.

Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vitautas Maqnus Universitetində Kaunas şəhərində təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsün əsasının ümummilli lider tərəfindən qoyulduğunu və ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbənin Rusiyanın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərdiyini bildirib.

Səfir həmçinin Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun tərəfindən təməli qoyulmuş və həyata keçirilmiş nəhəng layihələrdən danışıb.

Tədbirdə Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film də nümayiş etdirilib.

Sonra tədbir Litva peşəkar musiqisinin banisi Mikaloyüs Çürlyonisin adına milli incəsənət muzeyində M. Çürlyonisin və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərinin ifası ilə davam edib. Tədbirdə Kaunas şəhərinin nümayəndəsi Viliya Adaşkeviçiene, Vitautas Maqnus Universitetinin və Kaunas Texnologiya Universitetin prorektorları və müəllimləri, Vitautas Maqnus Universitetinin musiqi fakültəsinin dekan müavini, M.Çürlionisin nəticəsi Rokas Zubovas, “AYOL” Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Şahsuvar Hacızadə, Kaunasın ali məktəblərində təhsil alan azərbaycanlı, xarici və yerli tələbərər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR