SKMF indiyədək Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 210 mln. manatdan çox kredit ayırıb

SKMF indiyədək Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 210 mln. manatdan çox kredit ayırıb
# 19 noyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunun Goran qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 70-ə yaxın sahibkar iştirak edib.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev indiyədək Goranboy rayonunda fəaliyyət göstərən 812 sahibkara 10,1 mln. manat (bu gün keçirilən tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5690 investisiya layihəsinin maliyyələşdirilməsinə 210,8 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 57 sahibkara 663 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, əkinçilik, üzümçülük, tamet istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR