Lənkəranda qardaş qardaşı bıçaqlayıb - VİDEO

Lənkəranda qardaş qardaşı bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 09 iyul 2015 06:50 (UTC +04:00)

Yerli hüquq-mühafizə orqanlarından APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.

Kənd sakini Hümmət Şahan oğlu Əliyev şəxsi münasibətlər zəminində onunla qonşuluqda yaşayan qardaşı Habil Əliyevə bıçaqla xəsarətlər yetirib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra onun vəziyyətinin hazırda stabil olduğu bildirilir.

Hadisəni törədən Hümmət Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR