Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı məhkəmədə son söz deyib

Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı məhkəmədə son söz deyib
# 02 may 2013 13:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə K. Kazımzadə və Y. Kiyasov son sözlə çıxış ediblər. Onlar çıxışlarında məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş ediblər.

Proses mayın 17-də davam etdiriləcək. Həmin gün digər təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Xatırladaq ki, ötən proses dövlət ittihamçısı çıxış edərək K.Kazımovun 11 il 6 ay, Y.Kiyasov və O.Polkovanın hər birinin 10 il, E.Əkbərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR