Bakı-2015: Voleybol millilərimizin heyəti dəqiqləşib

Bakı-2015: Voleybol millilərimizin heyəti dəqiqləşib
# 04 iyun 2015 09:45 (UTC +04:00)

Bakı – APA. Avropa Oyunlarına qatılacaq voleybol yığmalarımızın yekun heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qitədə ilk dəfə təşkil olunacaq yarışda 35 voleybolçumuz mübarizə aparacaq.

Belə ki, Aleksandr Çervyakov Avropa Oyunları üçün 14 oyunçuya güvənəcək. Düzdü, Avro-2013-dən sonra komandamızın heyətində çıxış etməyən zədəli Natalya Məmmədova da siyahıdadı. Bunu da onun yarışda millimizə kömək etmək ehtimalına bir işarə hesab etmək olar. Təbii ki, Məmmədova zədə problemini arxada qoyacağı halda.

Kişilərdən ibarət millimizin baş məşqçisi Bülənt Karslıoğlu isə 13 voleybolçunun gücündən istifadə edəcək. O, heyətə demək olar ki, ilk məşqdən düşərgədə olan bütün voleybolçuları daxil edib.

Çimərlik voleybolunda isə həm kişilərin, həm də qadınların mübarizəsində ən güclü cütlüklərimiz qüvvəsini sınayacaq.

Voleybol

Qadınlar: Ayşən Abduləzimova, Marqarita Əzizova, Odina Bayramova, Anastasiya Qurbanova, Aynur Kərimova, Oksana Kiselyova, Oksana Kurt, Natalya Məmmədova, Valeriya Məmmədova, Yana Ağayeva, Kseniya Poznyak, Polina Rəhimova, Kristina Yaqubova, Yekaterina Jidkova

Kişilər: Emil Abdullayev, Elmin Alışanov, Kənan Allahverdiyev, Vüqar Bayramov, Aleksey Çervyakov, Tural Həsənli, Rəsul İbrahimov, Fərid Cəlalov, Yevgeni Kovalenko, Vadim Kutukov, Dmitri Obodnikov, Pərviz Səmədov, Cavid Süleymanov

Çimərlik voleybolu

Qadınlar: Rakel Ferreyra/Yuliya Kərimova, Vivyan Kunya/Zinaida Lyubimova

Kişilər: Bernardo Vermelin/Leonid Qritsay, Neilton Moises Santos Merces/Yaroslav Rudıx

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR