İyulun II ongünlüyündə Kür çayında biogen maddələrin miqdarı normadan artıq olub

İyulun II ongünlüyündə Kür çayında biogen maddələrin miqdarı normadan artıq olub
# 23 iyul 2015 09:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 80,2 m3/san azalaraq 83,8 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.5, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3,3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyul ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.7, I Şahsevəndə 2, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.72-7.33 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR