Bakıda daha üç yol təmirə bağlanır

Bakıda daha üç yol təmirə bağlanır
# 13 mart 2015 12:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda daha üç yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR