Milli Məclisdə Azərbaycanla Norveç arasında imzalanmış sənədlər ratifikasiya olunub

Milli Məclisdə Azərbaycanla Norveç arasında imzalanmış sənədlər ratifikasiya olunub
# 06 mart 2015 10:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Azərbaycanla Norveç Krallığı arasında imzalanmış sənədlər ratifikasiya olunub.

APA – nın məlumatına görə, bunlar “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərdir.

Hər iki sənəd səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR