AFFA “Kəpəz” və “Sumqayıt”ın məşqçisinə 5 oyunluq cəza verib

AFFA “Kəpəz” və “Sumqayıt”ın məşqçisinə 5 oyunluq cəza verib
# 29 sentyabr 2015 09:49 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Kəpəz” min manat cərimə olunub. Meydan sahibləri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçusu Dieqo Martinsə görə 200 manat ödəyəcək. Braziliyalı futbolçu isə növbəti turu buraxacaq.

Qarşılaşma başa çatdıqdan sonra “Kəpəz”in məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Bu üzdən qərb təmsilçisi 5 min manat cərimə ödəməli olacaq.

“Qarabağ”la görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” də min manat ziyana düşüb. Matçın 62 və 89-cu dəqiqələrində azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün “Qarabağ” 2 min manat cərimə olunub. Görüşün 90+3-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün Ağdam təmsilçisi daha 1000 manat ödəyəcək.

AZAL-la qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” min manat xərcə düşüb. Qarşılaşmanın 62-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Bəxtiyar Həsənalızadə “Sumqayıt”ı daha 200 manat ziyana salıb. Futbolçunun özü isə 1 oyunluq cəzalanıb. Görüş başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya edilib. O, klubunu 5000 manat cəriməyə məruz qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR