Xırdalanda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib - FOTOSESSİYA - VİDEO

Xırdalanda iki  nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 avqust 2015 22:18 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Gecə saatlarında Abşeron rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

32 yaşlı Samid Heydərov idarə etdiyi minik avtomobili qarşıdan gələn və 26 yaşlı Emil Mansurovun idarə etdiyi "Zontes" markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini, 16 yaşlı Araz Əsgərov ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan APA-ya verilən məlumata görə, hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR