Londonda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasının premyerası keçiriləcək

Londonda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasının premyerası keçiriləcək
# 22 avqust 2014 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Londonda xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasının premyerası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Avropa premyerası yazıçının 100 illiyinə həsr olunacaq.

Britaniyalı aktyorlar tərəfindən ifa ediləcək tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Sənan Əliyevdir. Tamaşa LOST Teatrında nümayiş etdiriləcək.

Səhnə əsərinin nümayişi Londonda fəaliyyət göstərən Aloff teatrının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR