Azərbaycanda daha bir bank kredit əməliyyatları prosesində elektron arayışları tətbiq edib

Azərbaycanda daha bir bank kredit əməliyyatları prosesində elektron arayışları tətbiq edib
# 27 aprel 2015 08:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “NBC Bank” kredit əməliyyatları prosesində elektron arayışları tətbiq edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “NBC Bank” kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək.

Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR