Dünya Bankının Azərbaycanda ali təhsillə bağlı layihəsi hökumətə təqdim olunub

Dünya Bankının Azərbaycanda ali təhsillə bağlı layihəsi hökumətə təqdim olunub
# 06 may 2015 12:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Dünya Bankının Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı layihəsi Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim olunub.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, müxtəlif qurumlarda bank nümayəndələri ilə birgə işlənilən layihəyə dair razılaşdırılma prosesi davam edir. Nazirin sözlərinə görə, təhsil sahəsində bütün işlər planlaşdırılmış şəkildə və vaxtda həyata keçiriləcək: “Bu il Təhsil Nazirliyi tərəfindən ölkədə onlarla təhsil müəssisəsinin tikilməsi və istismara verilməsi nəzərdə tutulur. İlin əvvəlindən artıq bir neçə kənd məktəbinin tikintisi başa çatdırılıb və istismara verilib. Analoji şəkildə müvafiq icra strukturları tərəfindən də aidiyyəti üzrə işlər həyata keçirilir”.

M.Cabbarov əlavə edib ki, bir sıra məktəblərdə yay müddətində cari təmir işləri görülür. Bəzi məktəblər yenidən tikilib: “Bəziləri isə əsaslı şəkildə təmir olunub. Bu tədris ilində istər əsaslı təmir olunan, istərsə də yeni tikilən təhsil obyektlərinin ümumi sayı 32-dir. Bunların arasında əksəriyyət məktəblərin payına düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR