İranda islahatçı qəzetin nəşrinə seçkilərin sonunadək qadağa qoyulub

İranda islahatçı qəzetin nəşrinə seçkilərin sonunadək qadağa qoyulub
# 28 aprel 2013 04:33 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda islahatçı qəzetin nəşrinə qadağa qoyulub. APA-nın “Baztab” saytına istinadən məlumatına görə, buna səbəb Kirman şəhərində nəşr olunan yerli “Əsr-e zəhur (huzur)” qəzetinin Novruz bayramı sayında İranın sabiq prezidenti Məhəmməd Xatəminin bu il iyunun 14-də ölkə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı məqalə dərc etməsi və onun şəklini verməsidir. Qəzetin fəaliyyəti isə Kirmani Ruhanilər Məhkəməsi tərəfindən yasaqlanıb. Qərarda mətbu orqanın baş redaktoruna seçkilərin sonunadək çap olunmamaq barədə göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR