Prezident Goranboy rayonuna səfər edib - VİDEO

Prezident Goranboy rayonuna səfər edib - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 09:59 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, dövlət başçısı və xanımı əvvəlcə Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və yeni ucaldılan abidənin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.

Sonra prezident və xanımı “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış olublar. “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə “İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı “Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.

“Goranboy” paylayıcı elektrik məntəqəsinin ərazisi 15 hektardır. Burada 18 nəfər daimi işlə təmin olunacaq. Paylayıcı məntəqənin ərazisində abadlıq işləri də aparılıb, geniş yaşıllıq salınıb.

Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Prezidentin 2013-cü il 30 iyul tarixli sərəncamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə ötən il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon, bu il isə 7,2 milyon manat vəsait ayrılıb. Hazırda avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Üçüncü texniki dərəcəli yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, kəndlərarası əlaqə asanlaşıb.

Prezident və xanımı Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında da qatılıblar. Bildirilib ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlər təşkil olunacaq. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada müzakirə və diskussiya zalları qurulub. Böyük akt zalı 134 yerlikdir və burada bir çox tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Həmçinin Mərkəzdə elektron kitabxana və linqafon otağı yaradılıb. Burada internet-kafe, rəssamlıq və atıcılıq otaqları, fotostudiya, xalçaçılıq və tikiş bölməsi qurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR