Cövhər Tsarnayev barəsində ölüm hökmü çıxarılıb

Cövhər Tsarnayev barəsində ölüm hökmü çıxarılıb
# 15 may 2015 22:10 (UTC +04:00)

Bakı-APA. 2013-cü ildə Boston marafonunda törədilən partlayışlarla bağlı təqsirli bilinən Cövhər Tsarnayev barəsində ölüm hökmü çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə “Boston Globe” qəzeti xəbər verib.

Cövhər Tsarnayev işi üzrə məhkəmənin ikini mərhələsi aprelin 21-də başlamışdı. O,30 maddə üzrə günahkar bilinib ki, onlardan 17-si ölüm cəzasını nəzərdə tutur.

Qeyd edək ki, 21 yaşlı Cövhər Tsarnayev qardaşı Tamerlanla 2013-cü il Boston marafonu zamanı 3 nəfərin ölümü, 264 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun iştirakçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR