Bakıda sərnişin avtobusunun törətdiyi qəzada ata ölüb, oğul isə xəsarət alıb - YENİLƏNİB

Bakıda sərnişin avtobusunun törətdiyi qəzada ata ölüb, oğul isə xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 23 fevral 2015 09:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda sərnişin avtobusun törədiyi qəzada bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Rauf Sabir oğlu Yusifovun idarə etdiyi “VAZ 21-07” markalı avtomobillə , 184 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı “VAZ 21-07” markalı avtomobildə olan 1956-cı il təvəllüdlü sərnişin, sürücünün atası Sabir Abdulla oğlu Yusifov hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətlə ilə xəstəxanaya yerləşdirilib.

***

10.22

Bakı-APA. Bakının Suraxanı rayonu ərazisində, “Daewoo” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas ediliblər. Əməliyyat saat 06:13-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR