AFFA FİFA-ya müraciət edib

AFFA FİFA-ya müraciət edib
# 13 iyul 2016 09:05 (UTC +04:00)

Bakı – APA. AFFA Rusiya millisinin sabiq futbolçusu Ramil Şeydayevlə bağlı FİFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, buna futbolçunun assosiasiyaya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirməsi səbəb olub.

Bu müraciət Şeydayevin Azərbaycan yığmasının şərəfini qorumasının hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, AFFA-nın Pavel Paşayevlə bağlı analoji müraciəti müsbət dəyərləndirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR