Bakıda ötən gecə iki yanğın hadisəsi qeydə alınıb

Bakıda ötən gecə iki yanğın hadisəsi qeydə alınıb
# 05 iyun 2015 03:49 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gecə iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Səbail rayonunda yaşayış üçün nəzərdə tutulmuş ümumi sahəsi 30 kv.m olan vaqonda baş verib. Nəticədə vaqonun yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın Bakının Sabunçu rayonunda inzibati binanın 3-cü mərtəbəsinin yataq otağında baş verib. Nəticədə 1 ədəd çarpayı və döşək yanıb. . İnzibati bina yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR